Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / İsmayıllıda 4 kəndlə əlaqə kəsildi – VİDEO

İsmayıllıda 4 kəndlə əlaqə kəsildi – VİDEO

İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.

“Kanal S” xəbər verir ki, yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib. Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ciddi ziyan dəyib. Göyçay çayının qollarında daşmalar əmələ gəlib. Nəticədə fərdi təsərrüfatlara, meyvə ağaclarına ziyan dəyib.

Hazırda sözügedən kəndlərə gediş-gəliş qismən məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın