Cümə , Aprel 12 2024
Ana səhifə / Media / İsmayıl Zalov dövlət televiziyasına müsahibədə nədən danışıb?..

İsmayıl Zalov dövlət televiziyasına müsahibədə nədən danışıb?..

ZALOV İMZA TV ALYANS rəhbəri , beynəlxalq hüquq eksperti İsmail Zalovun dövlət televiziyasına – konfransda müsahibə verib. Azinforum.az həmin müsahibənin mətnini təqdim edir:
“1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər isə yaralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.


Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Təkcə onu qeyd etmək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.


Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik.

Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizəsini 90-cı illərlə bu günkü günü müqaisə etsək biz görərik ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkəmizdə cinayətkarlığa qarşı necə yüksək peşəkarlıqla mübarizə aparır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general mayoru Əbülfət Rzayev polis orqanlarına gələn gündən bu günə qədər yüksək səviyyədə xidmət etmiş, hüquq sahəsində aldığı bütün bilik və bacarıqlarını iş fəaliyyəti vaxtı yüksək peşəkarlıqla tətbiq etmişdir.

Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkəmizdə cinayətkar qruplaşmalar, narko şəbəkələr və bu kimi mütəşəkkil dəstələrlə uğurla mübarizə aparır onların cəmiyyətimizə təhlükə yaratmasının qarşısını uğurla alır. Bu gün sevinc hissi ilə deyə bilərik ki, Azərbaycanda polis Azərbaycan vətəndaşının təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Heç bir zaman polisin niyyəti olmayıb ki, qanunsuz olaraq kimisə həbs etsin, cərimələsin qanunsuz olaraq kiməsə cinayyət işi başlatsın vətəndaş qanunu pozarsa yalnız o halda polis müdaxilə edir. Azərbaycan dövləti hüquqi dövlətdir. Azərbaycan polisi Avropa polisinə nümunədir”.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …