Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İslam Universitetinin tələbəsi olmaq istəyənlər xüsusi komissiyadan keçəcək

İslam Universitetinin tələbəsi olmaq istəyənlər xüsusi komissiyadan keçəcək

Bakı İslam Universitetinin tələbəsi olmaq istəyən abituriyentlərin sənəd qəbuluna başlanılır.

Universitetdən Trend-ə bildiriblər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən, 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, mayın 17-də 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya yenidən müraciət edə bilərlər.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın