Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “İşdən özüm çıxmışam” – AzTV yetkilisi

“İşdən özüm çıxmışam” – AzTV yetkilisi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Onun özü isə bildirib ki, rəhbərliklə heç bir problemi olmayıb: “İşdən öz ərizəmlə çıxmışam. İnsan bir yerdə daimi işləyəsi deyil. Hər kəs iş yerini dəyişə bilər. Amma təəssüf ki, kimlərsə bunu şişirdərək başqa müstəviyə çəkiblər”.

Ərizəsinə hələ də qol çəkilib-çəkilmədiyini bilmədiyini deyən Mehriban Məmmədova xatırladıb ki, onu daha öncə çalışdığı İctimai Televiziyadan AzTV-yə sədr Arif Alışanovun özü dəvət edib və informasiya proqramları studiyasının direktoru vəzifəsini tapşırıb: “İşlədiyim dövrdə rəhbərliklə hər hansı bir problem yaşanmayıb. Arif Alışanovun təqdimatı ilə mənə fəxri ad və jurnalistlərin binasından ev verilib. Adətən gedənlər nəsə danışırlar. Amma mən səmimi deyirəm ki, heç bir problem olmayıb. O sədrdir, mən studiya direktoru. Studiya direktorunun sədrlə nə problemi ola bilər ki? Rəhbər kimi də mən ondan yalnız yaxşılıq görmüşəm”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …