Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İş yerindəki qəzalar dərhal qeydə alınacaq – VİDEO

İş yerindəki qəzalar dərhal qeydə alınacaq – VİDEO

İş yerlərində bədbəxt hadisələr baş verdikdə bəzi sahibkarlar bunu gizlədir, ya da hansısa yolla ört-basdır etməyə çalışırlar. Ancaq əmək və əhalinin sosial müdafiəsi nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət belə halların qarşısını alacaq. Sahibkarlar artıq elektron yolla bədbəxt hadisə barədə məlumat verməyə borcludurlar.

Artıq sahibkarlar istehsalatda baş verən bədbəxt hadisələr ilə bağlı faktları gizlədə bilməyəcəklər. Çünki belə hadisələr zamanı iş adamlarının dərhal hadisə barədə elektron xidmət vasitəsilə məlumat vermələri tələb olunacaq. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni istifadəyə verdiyi “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyati dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətində öz əksini tapıb. Yeni xidmət öncə mövcud olan bir sıra nöqsanların qarşısını da alacaq.

Sahibkarlıq obyektlərində istehsalat zamanı hər hansı bir bədbəxt hadisə baş verərsə, işəgötürən mümkün olan ən qısa vaxtda elektron xidmətlə məlumat verməlidir. Elektron xidmətə daxil edilən məlumatlar eyni zamanda 5 nazirlik tərəfindən görülə biləcək.

Elektron xidmət vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməyən sahibkarlar isə qanunla nəzərdə tutulan qaydada cəzalandırılacaqlar. Yeni elektron xidmət iş yerlərində baş verən bədbəxt hadisələr barədə məlumatların daha tez toplanmasına və təhqiqat işlərinin daha çevik icrasına yönəldilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın