Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / İş adamının “Azəriqaz”dan şikayəti: “Mənə olan borcları ödənilmir”

İş adamının “Azəriqaz”dan şikayəti: “Mənə olan borcları ödənilmir”

Hər zaman alışmışıq ki, əhalinin dövlət şirkətlərinə borcu olsun. Bu borclar müxtəlif ola bilər. Amma onların arasında tez-tez adıçəkilən kommunal borclardır. “Azəriqaz” QSC abonentlərə borclarının ödənilməsi ilə bağlı müraciətlər ünvanlayır. Amma öz borcunu ödəmək istəmir.

“Azəriqaz”ın mənə 400 mindən çox borcu var. Amma bu pulu onlardan ala bilmirəm” – bu sözlər iş adamı Faiz Əliyevə aiddir. F.Əliyev musavat.com-a müraciət edərək, uzun müddətdir ki, “Azəriqaz” İB-nin ona borclu olduğunu, lakin pulunu ala bilmədiyini deyib.

Şikayətçi deyir ki, 2 il öncə “Azəriqaz” İB-nin sifarişi əsasında Salyan rayonunda qaz boruları çəkib. Bu işə görə “Azəriqaz” İB 562.935 AZN pul ödəməli idi. Lakin bu günə kimi “Azəriqaz” İB həmin pulun sadəcə, 120 min manatını ödəyib.

F.Əliyev məsələni belə izah edir: “Salyan rayonunun Boranıkənd, Dayıkənd və Seyidlər kəndlərinin qaz borularının əsaslı təmiri ilə bağlı “Azəriqaz” İB “ASFİN” MMC-yə sifariş verib. Bu işin podratçısı “ASFİN” MMC, iş icraçısı isə mənəm. Müqavilə əsasında işləmişik. Müqaviləyə əsasən, mənə 562.935 AZN pul ödənilməli idi. Amma ödənilmir. Səbəb kimi də “Pul yoxdur” deyirlər. Bunun mənə nə aidiyyəti var? Mən işimi düzgün və vaxtında yerinə yetirmişəm. Deməli, pulumu da vaxtında və əskiksiz almalıyam.

Salyanın 3 kəndinə qaz borularını çəkib, istifadəyə vermişik. Bütün işlər tamamlanıb. Hazırda o borularla kəndlərə, evlərə qaz verilir. Amma “Azəriqaz” İB hələ də pulu tam ödəməyib. Mən işi 2013-cü ildə başa vurmuşam. Həmin il pulumu ala bilmədim. Buna görə müraciət etdim və 2014-cü ildə ödənməli olan puldan 120 min manat aldım. Geridə qalan pulu isə hələ də ala bilmirəm.

“Azəriqaz” İB pulu “ASFİN” MMC-yə ödəməlidir, onlar da mənə… Çünki mən “ASFİN” MMC ilə anlaşmışam. Lakin “ASFİN” MMC deyir ki, “Azəriqaz” İB pulu köçürməyib. Ona görə də, ödəmə edə bilmir. Çarəsiz halda qalmışam. Həm “Azəriqaz” İB-nə, həm də “ASFİN” MMC-yə müraciət etmişəm. Lakin pul verilmir. Mən iş adamıyam, qanuni işimi görmüşəm. İndi də haqqımı tələb edirəm. “Azəriqaz” İB mənim pulumu verməlidir”.

Əgər deyilənlər doğrudursa, ortaya maraqlı sual çıxır. “Azəriqaz” QSC əsasən bölgələrdə heç kimin “göz yaşı”na baxmadan borclu olan abonentlərin qazını kəsir. Borc ödənməyənə kimi də həmin şəxsə qaz verilmir. İndi isə “Azəriqaz” QSC özü borclu olan tərəfə çevrilib. Bəs, “Azəriqaz” QSC-nin qazını kim “kəsəcək”?

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın