Ana səhifə / Media / İş adamı ilə icra hakimiyyətinin torpaq davası – Təfərrüat

İş adamı ilə icra hakimiyyətinin torpaq davası – Təfərrüat

Xəbər verdiyimiz kimi, “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini (RİH) məhkəməyə verib. 
 
Mətbuatda yayılan xəbərlərə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir. İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.
Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.
İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.
AzVision.az məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən münasibət öyrənib.
İH-nin Hüquqşünası Yusif Cəbrayılov saytımıza açıqlamasında bildirib ki, “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini torpaq iddiasına görə, məhkməyə verib.
Hüquqşünasın fikrincə, “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iddia edir ki, şirkətin rayondakı ofisinin qarşısındakı torpaq sahəsi onlara məxsusdur.
“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iddia edir ki, rayondakı ofislərinin önündəki torpaq sahəsi onlarındır. Göyçay Rayon bələdiyyəsi isə həmin ərazini qanuni şəkildə vətəndaşa verib. Vətəndaş isə həmin ərazidə ev inşa edib. İcra Hakimiyyətinin isə ötən il imzaladığı sərəncamına əsasən həmin torpaq sahəsi “Aznar”-a yox, dövlətə məxsusdur.İndi isə həmin şirkət vətəndaşın evinin oradan sökülməsini və həmin torpağın onlara məxsus olmasını iddia edirlər.Hazırda işə, məhkəmədə baxılır”.
Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın