Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Media / İşə düzəlməkdə çətinlik çəkənlər üçün kvota ayrılıb

İşə düzəlməkdə çətinlik çəkənlər üçün kvota ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan 454 şəxsi işlə təmin edib.

Bu barədə virtualaz.org saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, onlardan 155-i sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ayrılmış kvota üzrə işlə təmin olunub. “Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5 faizi miqdarında kvota yeri ayrılır”, deyə E.Babayev əlavə edib.

Ümumilikdə bu il ərzində məşğulluq mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən olunub. Onlardan 50 faizə yaxını məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın