Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İpoteka ilə ev almaq istəyənlərin nəzərinə – VİDEO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə – VİDEO

Bir sıra tikinti şirkətləri dövlət xətti ilə verilən ipotekanın şərtlərinə yaxın şərtlərlə mənzilləri satışa çıxarıb. Kreditlərin faiz dərəcəsi illik 8%, müddəti 20 il, ilkin ödənişi isə cəmi 10% təşkil edir. Bu zaman həm çıxarışı olan, həm də olmayan mənzillər təklif edilir. Görəsən bu şərtlərlə mənzil sahibi olmağın üstünlüyü və riskləri nədən ibarətdir?
Tikinti şirkətləri tərəfindən təklif edilən ipoteka proqramına müvafiq bank tərəfindən dəstək verilir. Bu zaman müştəri ilkin ödənişi şirkətə, aylıq ödənişi isə banka ödəyir. Bank isə müvafiq faiz dərəcələrini tutduqdan sonra vəsaiti tikinti şirkətinin hesabına köçürülür.Çıxarışı olan mənzillərdə girov kimi mənzillər çıxış edir.
Demək olar ki, eyni satış şərtlərini bu gündən etibarən «Kristal Abşeron» şirkəti təqdim etməyə başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, noyabrın 23-dən etibarən mənzillərin illik 8% olmaqla 20 illik kreditlə satışına başlanıb. İlkin ödəniş isə 10%-ən başlayır.
Qeyd etdiyimiz kimi, bu şərtlər hazırda bazarda olan ən sərfəli ipoteka kreditləridir. Hətta dövlət ipoteka kreditlərinin şərtləri də sərfəliliyinə görə bundan geri qalır. Belə ki, hazırda qüvvədə olan adi ipoteka kreditləri illik 8%, 35 illik müddətə və 30% ilkin ödənişlə təqdim edilir. Göründüyü kimi, ilkin ödənişin az olması özəl ipotekanı daha cəlbedici edir. Üstəlik böyük ləngimələrlə verilən və kifayət qədər «növbə» yaranmış dövlət ipoteka kreditlərindən fərqi olaraq bu şirkətlərin ipoteka kreditlərini rəsmiləşdirmək daha asandır.
Ekspertlər isə bildirir ki, hazırda mənzil bazarındakı vəziyyəti nəzərə alanda belə bundan sonra təkliflər artacaq. «MBA group» konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov fins.az-a bildirib ki, adı çəkilən şirkətlər maliyyə dayanıqlığını təmin etmək və layihəni başa çatdırmaq üçün bütün mümkün güzəştlərə gedirlər: «Bu şərtlərlə ipoteka kreditlərinin verilməsi də bu güzəştlərdən biridir». Ekspert bildirir ki, belə layihələrdə qazanc marjasının böyük olması (yəni maya dəyəri ilə satış qiyməti arasında böyük fərqin olması) da şirkətlərə imkan verir ki, daha endirimli şərtlər təklif etsinlər. N.İbrahimovun sözlərinə görə, mənzil bazarındakı durğunluq səbəbindən bundan sonra endirimli şərtlərə gedən şirkətlərin sayç bir qədər də artacaq. «Özü də bu xüsusilə şəhərin kənarlarındakı yahayış komplekslərində baş verəcək»-deyə ekspert bildirib. (Xəzər tv)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın