Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İntiharlar nəticəsində dəyən iqtisadi zərəri hesablayıblar

İntiharlar nəticəsində dəyən iqtisadi zərəri hesablayıblar

Yaponiyada bir ildə intiharlar nəticəsində dəyən iqtisadi zərər təqribən 459 milyard yenə (təqribən 4,1 milyard dollar) bərabərdir.

Azinforum.az Azərtac-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin mütəxəssisləri bu qənaətə gəliblər.

İqtisadi zərər 2015-ci ildə özünə qəsd etmiş 15 yaşından 69 yaşınadək 23 min insanın 70 yaşınadək işləyəcəyi təqdirdə verəcəyi iqtisadi mənfəətə görə hesablanıb.

Yaponiyada 2005-ci ildə intiharlarla bağlı xüsusi qərargah yaradılıb. Həmin illə müqayisədə iqtisadi zərərin 99 milyard yen (900 milyon dollar) azaldığı bildirilir.

İntiharlarla əlaqədar 2015-ci ilin göstəriciləri son 18 ildə ən aşağı həddə olub. İntihar edənlərin əksəriyyəti kişilərdir. İnsanları bu addımı atmağa məcbur edən səbəblər isə əsasən sağlamlıq, iqtisadi və məişət problemləri və ailədəki çətinliklərdir.

Yaponiyada 1998-ci ildən başlayaraq hər il 30 mindən çox insan həyatına qəsd edib. Belə halların ən çox 2003-cü ildə baş verdiyi və həmin il intihar yolu seçənlərin 34 minə çatdığı bildirilir. 2012-ci ildən başlayaraq bu rəqəmin 30 mindən aşağı düşdüyü və ilbəil azaldığı qeyd edilir. 2015-ci ildə 1997-ci ildən bəri ilk dəfə intihar edənlərin sayı 25 mindən aşağı olub.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın