Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / İnternet qiymətlərində güzəşt olacaq? – VİDEO

İnternet qiymətlərində güzəşt olacaq? – VİDEO

Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə küçəyə çıxmaq qadağan edildikdən sonra evdə internetdən istifadə edənlərin sayı artıb. Əksər abonentlər ölkədə fəaliyyət göstərən mobil operator və provayderlərin karantin günləri ərzində istifadəçilərinə müəyyən güzəştlər etməsini gözləyir.

Bu günlərdə istifadəçilərin internet imkanlarını yaxşılaşdıracaq hansı təkliflər var?

İnternet provayderlərindən bəziləri güzəştlərin nəzərdə tutulmadığını desə də, imtiyazlar təklif edənlər də olub.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Ekspertlər bildirirlər ki, koronavirus pandemiyası dövründə telekommunikasiya sənayesinin üzərinə böyük yük düşür. Bu amil nəzərə alınaraq, bir çox ölkələrdə internetin əlçatanlığının təmin olunması üçün müəyyən addımlar atılıb və pulsuz internet xidmətləri təklif edilib.

Eləcə də, ölkəmizdə operatorlar əvvəlcədən ödəniş sistemini tətbiq edir. Yəni ödənişi et, sənə xidmət göstərim. Amma mövcud vəziyyətdə bu sistem əksər abonentlər üçün heç də arzuolunan deyil.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …