Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İnternatlardakı 45 uşaq ailələrinə verildi

İnternatlardakı 45 uşaq ailələrinə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1102 nəfər şəxs tam dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Bu barədə virtualaz.org saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayevin sözlərinə görə, onların 771 nəfəri yaşı 18-dən yuxarı olan şəxslərdir. 230 nəfəri nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında, qalanları ruhi-əsəb əlilləri olduqları üçün psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar.

“Sosial xidmət müəssisələrindəki şəxslərdən 331 nəfəri isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı altında yaşayırlar.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində bu sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi şərait yaradılıb”, – E.Babayev deyib.

Qeyd olunub ki, de-institusionalizasiya tədbirləri, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq işlər davam etdirilir. Belə ki, cari ildə həmin müəssisələrdən 45 nəfər doğma ailələrinə qayıdıb. Onlardan bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın