Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Media / İmişlidə yulğun kollarını məhv edən şəxs cərimələndi

İmişlidə yulğun kollarını məhv edən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub. İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat  məbləğində ziyan tətbiq olunub.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın