Çərşənbə , İyul 17 2019
Ana səhifə / Media / İlk dərs günü yağış yağacaq – PROQNOZ

İlk dərs günü yağış yağacaq – PROQNOZ

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.
Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın