Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Media / İkinci “Wikileaks” fırtınası – Rusiya saytı 76 azərbaycanlının siyahısını niyə yaydı…

İkinci “Wikileaks” fırtınası – Rusiya saytı 76 azərbaycanlının siyahısını niyə yaydı…

Dossier.center saytı Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Dominant.az xəbər verir ki, saytda yayımlanmış yazıda həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.

Yazıda qeyd edilir ki, “QRU” zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərdən ibarət olan siyahıda tanınmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə fərqləndirilib.

Bu barədə xəbər yayan Dominant.az saytı ittihamın ciddiliyini və ağırlığını nəzərə alaraq sözügedən siyahını tərcümə etmədən – olduğu kimi təqdim edib. Siyahıda bir çox tanınmış simaların adları var. Bəzi müşahidəçilər hesab edir ki, bu, Assancın yaradıcısı və rəhbəri olduğu  “Wikileaks” saytı üzərindən ABŞ məxfi diplomatik yazışmalarının yayılmasına bənzəyir. Düzdür, miqyas çox kiçikdi, amma Azərbaycandan xeyli tanınan adamın adı keçən siyahının hansı məqsədlə hazırlanması və o qədər də tanınmayan sayt vasitəsilə yayılması diqqət çəkir. Rusiya saytının yazısında “Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov barəsində də ittihamlar yer alıb. Dominant.az-ın məlumatına görə, yazıda qeyd edilir: “Bundan əlavə, Köhnə meydanda çox məşhur bakılılar haqqında obyektiv arayışlar əldə ediblər – məsələn, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş polkovniki və ”Trend” informasiya agentliyinin sahibi İlqar Hüseynov ilə gizli görüşlər barədə hesabat: “Rusiyapərəst mövqe tutur. Ümumi maraqlar naminə işləmək istəyini bildirir. Şəxsi söhbətlərində, artan Türk təsirinə qarşı mənfi münasibəti daim vurğulayır. Hüseynovun əsas şəxsi gəliri ”Trend” informasiya agentliyinin layihələri ilə bağlıdır. Asiya və Orta Şərq informasiya mübadisləsində aktiv işləyir. Türkmənistandan olan informasiya sferası ilə sıx əlaqələri var”.

Aqil Ələsgər: "Yanlış anlaşılmaydı, bitdi" - son xeberler

Aqil Ələsgər

Siyahıda adı çəkilən jurnalist Aqil Ələsgər“Yeni Müsavat”a bildirdi ki, artıq məsələ ilə bağlı mövqeyini Azərbaycanda bu barədə xəbər yayan sayta – Dominant.az-a  açıqlayıb. Adıçəkilən saytın məlumatına görə, A.Ələsgər həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edib: “Həmin saytı diqqətlə oxusanız və ya rusca azacıq dil bazanız olarsa, görərsiniz ki, orada ”əməkdaşlıq edir” deyil, “əməkdaşlıq üçün nəzərdə tutulan” ifadəsi var. Yəni Kremlin, ya da bu “sənəd”i kim hazırlayıbsa, rusca yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca “predpolaqaetsə ispolğzovatğ” sözünün “işləmək”, yoxsa “işlənilməsi üçün nəzərdə tutulur” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər”.

A.Ələsgər daha sonra bildirib: “Ancaq mətni nədənsə, tam oxumadan əksəriyyəti Azərbaycanın xaricdə tanınan qələm sahibləri olan şəxsləri olduqca ağır ”Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI” başlığı ilə ləkələyərək, öz həmkarlarını qınaq altında qoymaq peşəkarlıq deyil. Ayrıca, bu qədər peşəkarsınızsa, nə üçün həmin yazıda pasport bilgiləri və Rusiyada hansı tədbirlərdə iştirak etmiş, yəni sizin deyiminizlə desək, “Rusiyaya işləyən” şəxslərlə bağlı açıq və geniş yazılan mətndən bir cümlə də verilməyib, ancaq əməkdaşlıq üçün nəzərdə tutulan (yəni, gələcək perspektiv vurğulanan) və bu barədə heç bir başqa detal olmayan siyahı “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlılar” kimi tirajlanıb”. A.Ələsgər daha sonra bildirib: “Və siyahıda sizin də uzun müddət maaş aldığınız (Dominant.az saytının redaktoru nəzərdə tutulur – red.) və pulu birbaşa Moskvadan gələn ”Sputnik”dən bir nəfərin belə olmaması da ayrı mövzudur. Qısacası, rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq, ittiham şəklində verilməsinin özü bir təxribatdır. Bunu bilərək (ki, belə güman edirəm) və ya bilməyərək vermək bu təxribata xidmət edir. Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın”.

Toğrul Allahverdili : Azerbaycanlı gençler Türk ordusuna katılmak için  hazırdır

Toğrul Allahverdi

Jurnalist Toğrul Allahverdi isə “Yeni Müsavat”a bunları bildirdi: “Marqarita Simonyanın nəzarətində olan Rusiyanın ”Sputnik”agentliyinin keçmiş əməkdaşına məxsus bir saytda bu yaxınlarda yaradılan, kimə və hara xidmət etdiyi məlum olmayan, (yaxın vaxtlarda olar) dossier.center adlı Rusiyaya məxsus olduğu iddia olunan, cəfəngiyyatdan ibarət olan, hesabatını bilərəkdən təhrif edərək “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI” başlıqla verməsi zənnimcə təsadüf deyil. Təqdim olunmuş siyahıda mənim və çox dəyərli, çz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən insanların adı da var. Düşünürəm ki, bu yazı sırf sifarişli və müəyyən qüvvələr tərəfindən tələm – tələsik hazırlanmış bir yazıdır. Siyahını yayan sayt rəhbərinin də uzun müddət maaş aldığı və pulu birbaşa Moskvadan gələn “Sputnik”dən bir nəfərin belə olmaması da maraqlıdır. Rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq, ittiham şəklində verilməsinin özü bir təxribatdır. Adı çəkilən bütün şəxsləri, susmamağa bununla bağlı Məhkəməyə və məsələnin obyektiv araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə və Xarici Kəşfiyyat İdarəsinə müraciət etməyə səsləyirəm. Başda mən olmaqla, bu siyahıda adı çəkilənlər, eyni zamanda rus mətbuatının yazdığını təhrif edərək, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və cəmiyyətə bu barədə məlumat verilsin”.

Dərslər sentyabrda necə keçirilsin - ekspert və valideyn mövqeyi »  Anaxeber.info online xəbər portalı

Rumiyyə Miraslan

Dominant.az saytının baş redaktoru Rumiyyə Miraslan qəzetimizə açıqlamasında bildirdi ki,  siyahının həqiqət olub-olmamasını araşdımaq bir jurnalist üçün çox çətindir: “Çünki siyahıda bir və ya bir neçə yox, 70-dən çox insanın adı hallanır. Siyahıda adı çəkilən şəxslərin də mövqeyini vermək mümkünsüz idi, 70 nəfərdən açıqlama almaq, yazmaq bir günün və bir nəfərin işi deyil. O üzdən belə qərara gəldik ki, siyahını olduğu kimi yayımlayaq. Təbii ki, adı hallanan şəxslərin mövqeyini də yayımlamağa hazırıq və yayımladıq da. Aqil Ələsgərin fikirlərini verdik, şəxsimə yönəlmiş ittihamlarını belə, çünki ittiham hələ fakt demək deyil”.

Baş redaktor bildirdi ki, o özü də kimisə ittiham etmir: “Siyahını mən hazılamamışam, əksinə, orada dostlarımın adlarını görəndə çox təəccübləndim, mənə inandırıcı gəlmədi. Əsas məsələyə keçim, bu adlar hansısa bir saytda yayımlanıbsa, gec və ya tez mən verməsəydim də, başqa biri verəcəkdi. Düşünürəm ki, məsələ bu adların niyə yayılması yox, ”həmin şəxslərin adları nəyə görə o siyahıda yer alıb” olmalıdır. Bu, çox-çox ciddi məsələdir, orada mənim öz adım olsaydı belə, yenə yayardım”. R.Miraslan da araşdırmalara tərəfdar olduğunu vurğuladı: “Mən bu məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını istərdim və ümid edirəm ki, adı siyahıda olan hər kəs, həmçinin TREND-in rəhbəri də elə bunu istəyər”.

Fazil Mustafa: “Azərbaycanda təhsilsiz qadın qalmamalıdır”

Fazil Mustafa

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, bu cür sənədlərin müvafiq qurumlarımız tərəfindən dəqiq təhlil və yoxlanışına ehtiyac var: “Yazı üslubu inandırıcıdır, sənədlərlə zənginləşdirilməsi də ciddi qəbul olunması üçün əsas verir. Bununla belə, ayrı-ayrı şəxslərin etibarsızlaşdırılması istiqamətində addımlar ola biləcəyini də istisna etməməliyik. Bütün hallarda bu cür fəaliyyətlər qonşu dövlətlər tərəfindən həyata keçirilir və kimsəyə sirr deyil. Eyni məzmunda digər qonşu ölkələrin də təsir dairəsində olan agentura barəsində yayılması da mümkündür. Bütün hallarda hər bir dövlət öz təhlükəsizlik sistemini bu bur sürprizlərə qarşı hazır tutmağa borcludur”.

Hələlik rəsmi qurumlar məsələyə hər hansı münasibət bildirməyib.

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …