Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / İki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatdı

İki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatdı

Bakı Apellyasiya Məhkəməsində “Holcim” (Azərbaycan) ASC-nin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Holcim” (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddia ərizəsini geri qaytarıb. Qərardaddan narazı qalan “Holcim” (Azərbaycan) ASC apellyasiya şikayəti verib.
Xatırladaq ki, “Holcim” (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim Qrup”unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın