Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Media / İki jurnalistə vəzifə verildi

İki jurnalistə vəzifə verildi

Tanınmış iki jurnalistə dövlət qurumunda vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ASAN-ın mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, Günay Yelmarqızı Dənizkənarı Bulvar İdarəsinin,  Elnur Kələntərov isə Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Günay Yelmarqızı son olaraq CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru, Elnur Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

ATV-nin aparıcısının mənzili qarət edilib – FOTO

Abşeronda evdən 37 min manatlıq oğurluq olub. ONA-nın yerli bürosunun məlumatına görə, martın 22-də Abşeron …