Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / İki günlük qadağada internet problemi olmayacaq

İki günlük qadağada internet problemi olmayacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi günlərində (14-15 iyun) ölkə vətəndaşlarının nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirləri davam etdirir.

Nazirlikdən bildirilib ki, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Xüsusi karantin rejimi günlərində nazirliyə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işini təmin edəcək.

Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155, 170 nömrəli “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …