Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “İcra hakimiyyəti mənə çadır qurdu” – Lənkəran sakinindən şikayət (FOTOLAR)

“İcra hakimiyyəti mənə çadır qurdu” – Lənkəran sakinindən şikayət (FOTOLAR)

Evi qəzalı vəziyyətdə olan Lənkəran rayon Osaküçə sakini Quliyeva Gülşən Ağamirzə evinin qəzal vəziyyətdə olduğunu yazır.
O, Unikal.org-a göndərdiyi şikayətində qeyd edir ki, evinin qəzalı vəziyyətdə olması ilə bağlı Lənkəran İcra Hakimiyyətinə müraciət edib: ” Yoldaşım ağır yataq xəstəsidir. Özüm işsizəm. Evim qəzalı vəziyyətdədir. Bununla bağlı Lənkəranın icra başçısına müraciət etdim. Evimin yanında bizə çadır qurdular. O da qışda qarın altında qalaraq yararsız vəziyyətə düşdü. Növbəti dəfə etdiyim müraciətə cavab vermirlər. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Xahiş edirik bizə kömək etsinlər”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın