Bu barədə AzNews.az-a Sumqayıt şəhər sakini Anar Süleymanov məlumat verib. Onun sözlərinə görə, hadisə saat 11:00-da radələrində baş verib:

“Silahın səsini (melkaşka tüfəngi idi) və itin zingiltisini eşidərək özümü tez hadisə yerinə çatdırdım. Ayağınnan yaralanan ağ it qarşıma çıxdı. İti nişan alan şəxs də orda idi. Ondan soruşdum ki, kimsiniz və sizə şəhərdə tüfənglə gəzməyə kim icazə verib? Dedi ki, itləri vurmağa ona Sumqayıt şəhər İcra Hakimiyyəti icazə verib. O, dedi ki, İcra Hakimiyyəti buna görə, ona traktor ayırıb.”

Anar Süleymanov qeyd edib ki, hadisə ilə bağı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib:

“11-ci m/k-nun müfəttişi Bayram müəllim hadisə yerinə gəldi. Maşında mülkü geyimdə başqa polis əməkdaşları da var idi. İti vuran şəxsə yerindəcə ciddi xəbərdarlıq etdilər. Hadisənin şahidi olaraq, birinci polis bölməsində ərizə-izahat yazdım.”