Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “İcra başçısnın balaları gündə bir xarici maşın alır, amma…” – Şəhid anası (VİDEO)

“İcra başçısnın balaları gündə bir xarici maşın alır, amma…” – Şəhid anası (VİDEO)

 

“İcra başçısnın balaları gündə bir xarici maşın alır, amma şəhid ailələri kirayədə yaşayır”.
Bu sözləri deyən şəhid ailəsinin üzvləri, Şirvan şəhər sakinləri Eminə Musayeva və anası Validə Çırağova yerli icra strukturlarından ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Şikayətçilər öz müraciətlərini “Basta”ya təqdim ediblər.
Şəhid Çırağov Elman Almaz oğlu 1992-ci ildı Ağdərədə gedən döyüşlərdə şəhid olub. 13 ildir bu ailə evsiz-eşiksiz kirayələrdə yaşayırlar. 2008-ci ildən İcra hakimiyyətindən ev növbəsinə yazılan şəhid ailəsi hələ də evsiz-eşiksizdilər.
2007-ci ildə İcra hakimiyyətində Mərdan Camalovla görüşə dəvət olunublar. Amma onları başçı yox, onun müavini Samit müəllim qarşılayıb, vədlər verib. Amma bu vədlərə əməl olunmayıb.
Şəhid Elman Çırağovun Eminə Musayeva bu barədə şikayyət edəcəyini bildirdikdə Samit müəllim qəzəblənib.
“Dedi ki, şikayyətçi olsan, bildirəcəyik ki, siz bu ildən ev növbəsinə yazılmısınız. Halbuki 13 ildir Şirvan şəhər İcra Hakimiyyətinin yollarında qalçışıq. Bu münasibətə görə, yerli məmurlardan prezidentə müraciət etmək məcburiyyətində qaldıq”, – Əminə Musayeva bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın