Ana səhifə / Media / İcra başçısının müavini bayrağın cırılmasına görə işdən azad edilib 

İcra başçısının müavini bayrağın cırılmasına görə işdən azad edilib 

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib.
Bu barədə “Report”un Qərb bürosuna RİH-dən bildirilib.
Məlumata görə, M.Həsənovun işdən çıxarılma səbəbi rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.
Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsi cırılmış halda görüntüləri yayılıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın