Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / “İcra başçısının müavini 8 ildir deyir ki, iş yoxdur” – Qarabağ veteranı prezidentə şikayət etdi

“İcra başçısının müavini 8 ildir deyir ki, iş yoxdur” – Qarabağ veteranı prezidentə şikayət etdi

Bərdə rayonu Mirzalıbəylik kənnd sakini Fətəliyev Cəmil Fətəli oğlu Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

Mia.az-a daxil olan məktubun surətində şikayətçi ali təhsilli bə Qarabağ müharibəsi veteranı olduğunu bildirir və səhhətində ciddi problemələrin də olduğunu vurğuayaraq, mətləbə keçib:

“Cənab prezident, özüm və həyat yoldaşım ağır xəstəliklərdən əziyyət çəkirik. Ancaq bizim öz dərdimiz bir yana, 7 nəfərlik ailə üzvlərimizin yükünü çiynində daşımalı olan ali təhsilli oğlumuza 8 ildir iş verilmir. Belə ki, oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Bakı şəhərində Azərbaycan  Kooperasiya Universitetini bitirmiş və ali təhsil almışdır. Oğlum Murad Fətəliyev ailəlidir, 7 nəfər ailə üzvü var. Dəfələrlə Murad Fətəliyev işlə bağlı Bərdə rayon İcra başcısıVidadi İsayevə və Bərdə Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Ancaq 8 ildir bu müraciətlərə “iş yoxdur” cavabı verilib”.

Şikayətçi yazır ki, oğluna nə iş, nə də icarəyə torpaq verən yoxdur: “Ona görə də 7 nəfərlik ailəsini dolandıra da bilmir. Hazırda oğlum Muradın 34 yaşı var. Bəs ,ona nə vaxt iş verəcəklər ki, o, işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamağa özünə ev tikdirsin?

İndi rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə nə iş, nə də icarəyə torpaq verirlər. cra Başçısının birinci müavini V.Qarayev deyir ki, iş yoxdur. Əgər iş yoxdursa, bu 8 ildə yoxlayın görün neçə nəfərə iş və icarəyə torpaq veriblər. Əksəri də öz adamları və qohumlarıdı. Axı biz, torpaqlarımızın bütövlüyü, dövlətçiliyi, müstəqilliyi uğrunda qanımızı, canımızı və sağlamlığımızı qoymuşuq. Budurmu Qarabağ veteranına qoyulan qayğı və köməklik?!”.

Şikayətlə bağlı İH-nin də mövqeyini dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın