Ana səhifə / Media / İcra başçısının  Ağdamdakı abadlıq işlərini tələbə yoldaşı və xalası oğluna həvalə etməsinin sirri…

İcra başçısının  Ağdamdakı abadlıq işlərini tələbə yoldaşı və xalası oğluna həvalə etməsinin sirri…

Raqub Məmmədov rayondakı təmir-tikinti, abadlıq-quruculuq işlərini tələbə yoldaşı Tahir Əliyev və Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxsin şirkətlərinə verib

Ağdamdan AzMedia.info-ya daxil olan məlumata rayon icra başçısı Raqub Məmmədov Quzanlı və digər yaşayış yerlərində həyata keçirilən abadlıq işlərini öz yaxın adamlarına həvalə edib. Verilən məlumata görə rayondakı abadlıq işlərini iş adamı Tahir Əliyevlə başçının xalası oğlu Adil adlı şəxs həyata keçirir. Görülən işlərin daha çoxu məhz Xıdırlı kəndindən olan başçının xalası oğlu Adilə verilir.

Mənbənin məlumatına görə Raqub Məmmədov rayondakı abadlıq işlərini bu iki şəxs verməklə dövlət büdcəsindən ayrılan yüz min manatlarla vəsaitin bir hissəsinə “şərik” çıxır. Hər iki şəxs icra başçısının birbaşa öz adamları olduğu üçün maliyyə vəsaitlərinə nəzarəti Raqub Məmmədov özü edir.

Abalıq işlərində fəal iştirakçılardan biri olan Tahir Əliyevlə bağlı məlumatda deyilir ki, bu “kiçik iş adamı” keçmiş icra başçısı Nizami Sadıqovun dövründən rayondakı abadlıq tikinti işləri ilə məşğul olurdu:

“Tahir Əliyev Nizami Sadıqovun dövründə o qədərdə böyük tenderlərin qalibi ola bilmirdi. İndi isə Raqub Məmmədovun sayəsində dəyəri yüz min manatlarla ölçülən iri lahiyyələr həyata keçirtməyə başlayıb. “Ağdam-1” MMC, “Ayaz-A” MMC, “Quzanlı-1” MMC, “Aysu-2007” MMC, “Tikinti-2011” MMC və digər onlarla kiçik müəssisələr Tahir Əliyevə məxsusudr. Həmin MMC-lərin ilkin kapital qoyuluşu isə 10 manat olub. Bir neçə il müddəində isə bu MMC-lər vasitəsi ilə dövlətin külli-miqdarda vəsaitləri silinib. Tahir Əliyev Nizami Sadıqovun dövründə olduğu kimi görüdüyü işlər üçün ayrılan vəsaitin 50 faizini icra başçısı Raqub Məmmədova verir. Faktiki olaraq isə, Ağdam rayonunda aparılan abalıq işləri üçün nəzərlə tutulan xərclərin 25 faizi adiyyatı üzərinə xərclənir. Yəni abalğa ayrılan xərclərin 50 faizini icra başçısı nəqdləşdirərək öz cibinə qoyduğu kimi, 25 faizini də icra başçısının tələbə yoldaşı ilə xalası oğlu mənimsəyir. Etiraf etməliyik ki, dövlətin pullarını mənimsəməklə həm icra başçısı, həm də onun dostu və xalası oğlu heç də az qazanmırlar. Ən adi bir yoxlama nəticəsində Ağdamda milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi ortaya çıxacaq” .

Mənbə həmçinin də onu da bildirir ki, Raqub Məmmədov Tahir Əliyevlə “qazanclı quruculuq” münasibətlərinə görə onun qardaşını Alıbəyli 2 kənd qəsəbəsin icra nümayəndəsi təyin edib.

Qeyd edək ki, Raqub Məmmədovun tələbə yoldaşı Tahir Əliyevin və xalası oğlu Adilə məxsus şirkətlərin rayonda həyata keçirdikləri abadlıq, tikinti işləri və maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza təfsilatlı məlumatlar çatdıracağıq.

Qarşı tərəfin mövşeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın