Ana səhifə / Media / İcra başçısı Vidadi İsayev Bərdəliləri bezdirib – İDDİA

İcra başçısı Vidadi İsayev Bərdəliləri bezdirib – İDDİA

Son vaxtlar ölkə mətbuatında Bərdə rayonu ilə bağlı tənqidi materialların dərci daha çoxdu. Bu tənqidlərində bir səbəbi var Vidadi İsayevin yarıtmaz idarəçiliyi. . “Od olmayan yerdən tüstü çıxmaz”, deyib atalar. Elə ona görə də, mənbə bildirir ki, hal- hazırda rayonda vəziyyətin nə dərəcədə kritik hala çatıb ki, bu gün bərdələiləri ən çox narahat edən məqamlardan birincisi rayonda məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları xərçəng xəstəliyinə çevrilib. Və bundanda əziyyət çəkən sıravi rayon sakinləridirr.Yenilik.Az xəbər verir ki, Azerinews.tv-yə daxil olan məlumatlardan da belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyəti böyük əksəriyyətdə bu kimi halların başında məhz Bərdə RİH-nin başçısı Vidadi İsayevin durmasıdır.

Xüsusilə bir müddət əvvəl rayonda antikorrupsiya tədbirləri çərçivəsində bir neçə şəxsin həbsi həyata keçirildikdən sonra icra başçısının ünvanına irəli sürülən ittihamlar daha da kəskinləşdiyi də nəzərdən qaçmayan məqamdır. Yerli mənbələrin təqdim etdiyi məlumatlarda israrla vurğulanır ki, əslində Vidadi İsayev anti-korrupsiya tədbirləri adı altında sadəcə olaraq, öz rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Əldə olunan məlumatlarda cənab İsayevin yuxarı instansiyalara saxta hesabatlar verərək yalnız öz rəqiblərini “ifşa etməsi” və bu üsulla anti-korrupsiya tədbirlərinin gedişindən sui-istifadə etməsi halları artıq Prezident Administrasiyasının da diqqətini cəlb edib. Rayonda baş verən çoxsaylı korrupsiya halları barədə sıravi vətəndaşların mərkəzi orqanlara, bizim kimi redaksiyalara ünvanladıqları şikayət məktublarına gəlincə isə, RİH başçısı bu məlumatları da ələ keçirmək üçün xüsusi istedada malik olduğuda bildirilir…Azerinews.tv –yə üz tutan bir qrup Bərdə rayon sakinləri(hələlik adlarının çəkilməyin istəməyən) iddia edir ki, Vidadi İsayev rayona rəhbər gələn gündən yerli məmurların imkanları hesabına özünə kommersiya obyektləri açıb. Və rayonda onun biznesilə rəqabət aparan sahibkarlar və digər obyekt sahibləri dərhal icra başçısının adamları tərəfindən təzyiqlərə məruz qalırlar. Belə ki, həmin obyekt sahibinin başının üstünü kəsdirən “şillə vuran”lar ya xərac istəyir, ya da birbaşa obyektin təhvil verilməsini tələb edirlər. Vidadi İsayev rayonda fəaliyyət göstərən iş adamlarının obyektlərini zorla əllərindən almaq üçün hər cür üsula əl atır. Buna görə də bu gün Bərdə əhalisi ölkənin əksər bölgələri ilə müqayisədə işsizlik problemindən daha çox əziyyət çəkir. Daxil olan məlumatda bildirirlər ki, işsizlik ucbatından camaatın çoxu ya Bakıya, ya da əksər hallarda Gəncəyə gedir.

Təbii ki, bu vəziyyət son nəticədə rayon gənclərinin gələcəyinə ciddi zərbə vurur. Rayonda mövcud olan ən ciddi problemlərdən biri də təhsil sahəsindədir. Belə ki, Bərdə rayonu hazırda ölkə üzrə ən çox müəllimə ehtiyacı olan rayondur. Müəllimsizlik ucbatından rayon məktəblərində tədrisin durumu son dərəcə bərbad vəziyyətdədir. Demək olar ki, məktəblərdə davamiyyət yox, rüşvətdə ayaq tutub yeriyir. Rayondakı acınacaqlı vəziyyət isə icra başçısını heç də maraqlandırmır. Rayonda kasmetik işlər görərək, bu parkda olan heykəli digər parka köçürən icra başçısı Vidadi İsayev bu əməli ilə prezidenti belə aldatmağa nail olmuşdur. Yəni, yeni bir parkın salındığını bildirən rayon rəhbəri əslində köhnə parkda kosmetik işlər görərək, milyonları cibinə qoyub, ölkə başçısına yalan sataraq köhnəni təzə gösrərib milyonları mənimsəməkdən belə çəkinməyib. Yerli mənbələrin iİddiasına görə isə, indidə məsələnin açılmağından narahat olan Vidadi İsayev ciddi qorxu içində olduğu bildirilir. Bu səbəbdən də ağsaqqalı Elmar Vəliyevin ona kömək etməsi üçün minnətçi salıb…

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın