Ana səhifə / Media / İcra başçısı ilə şəhid ailələri arasında növbəti qalmaqal

İcra başçısı ilə şəhid ailələri arasında növbəti qalmaqal

Bir müddət bundan öncə bir qrup Qarabağ əlili və şəhid ailəsi ilə Yasamal rayon icra başçısı İbrahim Mehdiyev arasında problem yarandığı haqqında məlumat vermişdik.

Bildirmişdik ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri problemlərini həll etmək üçün icra başçısının qəbuluna yollansa da, Qarabağ əlili və şəhid ailələri başçının göstərişi ilə binadan çıxarılıb. Başçı onlara “Sizi qəbul etmirəm. Hara gedirsiniz, gedin”, – deyə qapını göstərmişdi.

Redaksiyamıza daxil olan məlumata görə, bu gün səhər saatlarında sözügedən binanın sakinləri yenidən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna yollanıblar. Bu dəfə İ. Mehdiyev Qarabağ əlili və şəhid ailələrini qəbul otağında qoyub və oranı tərk edib.

Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri faktı təsdiqləyiblər: “Bu gün icra başçısının qəbul günü idi. Biz 18 nəfər yenidən İbrahim Mehdiyevin qəbuluna getdik. O bizi qəbul etmirdi. Güclə qəbul otağına girdik, başladıq problemlərimizi deməyə. İbrahim müəllim bizi təhqir etdi, dedi ki, “Siz kimsiniz? Buranı tövləyə döndərmisiniz. Mən burada problem həll edənəm? Gedin özünüz həll edin. Dövlət sizə pensiya verir””.

Sakinlər qeyd ediblər ki, icra başçısı onarın ünvanına ağır ifadələr işlədib və otaqdan çıxıb: “Bundan sonra isə polslər gəlib bizi binadan çıxardı”.

Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri yaşadıqları binada saysız-hesabsız problemlərin olduğundan, liftin işləmədiyindən, içərisinin təmirinin sökülüb-dağıldığından, üzlüyünün yararsız vəziyyətdə olduğundan şikayətçidirlər.(aznews.az)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın