Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İcra başçının köməkçisi 6-cı sinif şagirdini döydü: 20 QƏPİYƏ GÖRƏ

İcra başçının köməkçisi 6-cı sinif şagirdini döydü: 20 QƏPİYƏ GÖRƏ

Agcabədi rayonunda biabırçı hadisə baş verib. İcra başçısının köməkçisi 6-cı sinif şagirdini döyüb. Azinforum.az xəbər verir ki, bu barədə Sonolay.org saytı xəbər yayıb.
Saytın yazdığına görə, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Xaliq Mirzəyev oğlu Ayxanın oxuduğu 11 saylı məktəbin 6-cı sinif şagirdi Rəvan Oruc oğlu Səfərovu döyüb. Və daha sonra onu tədris otağına salaraq qapısını bağlayıb.
İcra başçısı köməkçisinin bu addımı atmasına səbəb Rəvan Səfərovun Xaliq Mirzəyevin birinci sinifdə oxuyan oğlu Ayxanın 20 qəpiyini alıb, geri qaytarmaması olub(?) İki azyaşlı uşağın uşaq hərəkətlərinə valideynin kobud müdaxiləsi məsələnin böyüməsinə səbəb olub və rayon ictimaiyyətində əməllicə narazılıq yaradıb. Ağcabədi rayonundan daxil olan məlumata görə, Xaliq Mirzəyev icra başçısı Şahin Məmmədovla həm də qohumluq əlaqələrinə malikdir. Elə rayon sakinləri icra başçısının köməkçisinin bunca ərköyünlüyünü də qohumuna güvənməsi ilə bağlayırlar.
Bir müddət əvvəl Xaliq Mirzəyevin qardaşı Malik Mirzəyevin Ağcabədi rayonunun iri idarələrindən birincisi hesab olunan Suvarma Sistemləri İdarəsinə rəis təyin edilməsini də bu qohumluq faktoru ilə bağlayanlar var. Məlumata görə, Meliorsaiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bu təyinatı Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun təkidlərindən sonra gerçəkləşdirib.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın