Şənbə , Avqust 15 2020
Ana səhifə / Media / Hüquqşünas Şəmsəddin Əliyev “Polise.az” saytı təsis etdi…

Hüquqşünas Şəmsəddin Əliyev “Polise.az” saytı təsis etdi…

Saytın təsisçisi və şef-redaktoru, ictimaiyyətdə hüquqi-publisistik yazıları ilə tanınan “Polisə Dəstək” ictimai birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bu barədə öz müraciətində məlumat verib. Məlumatda deyilir:

Hörmət və ehtiramla  yad etdiyim çox dəyərli həmvətənlər və həmkarlar,  hər birinizi xoş gördük!

Həyatımın  ən maraqlı, enerjili və narahat günlərini şərəfli bir missiyada – cinayətkarlıqla mübarizə aparan Polis  orqanlarında keçirmişəm. Hakimiyyətin ayrılmaz tərkib hissəsi olan spesifik bir orqanda xidmətim vətənə, xalqa, dövlətə və dövlətçiliyə olan xidmətin ana xəttini özündə ehtiva edir. Bu mənada mən, polisə çox borcluyam desəm, yəqin məni qınamazsız. Polisdə  uzun illər çalışmasaydım, çox güman ki, Vətən savaşının canlı  iştirakçısı – komandiri də olmazdım. “Vətən, Ana çağırır” – deyə döyüşdə iştirakım biblioqrafiyamın  zəngin  sətirlərindəndir… Lazım gələrsə, indi də canımdan və qanımdan keçməyə tərəddüd etməyəcəyəm.

Əziz həmvətənlər! “Polise.az”  xəbər portalı uzun illər ərzində səpdiyim toxumların   nəticəsi olaraq əvvəlcə  düşüncələrimdə ərsəyə gəldi və sonra rəsmiləşdi. Bu sizin saytınızdır, ana dilimizdə oxunub eşidilən  bir media kanalının olacağına zərrə qədər şübhəniz olmasın. Sayt 2020-ci ilin min aydan xeyirli – Ramazan ayında, göydən mələklərin Rəbbimizin təcəllası ilə endirdiyi bərəkət, əminamanlıq, sevgi, birlik və xeyirxahlığın qərar tutduğu bir ayda yarandı. Uca Allah dərəcəyə  çatdırsın!

Əziz həmkarlar!

Rəssam  bir dağın  mənzərəsini fırçasına alarkən  mütləq  dərəyə enib dağı qalxmağa, təpələri aşmağa  borcludur. Dağı  libası ilə örtən meşələri diqqətlə  “müayinə”  edib baxışları ilə  qəlbinə  və təfəkkürünə  hopdurduğdan sonra qoynunda məhkum olduğu mənzərəni kətan parçaya köçürə bilər. Əks  halda  əsər alınsa da ziyarətçilərin diqqətini çəkməz. Təbiətin nazlı gəlinə bənzər gözəlliyini  əyani şəkildə  görməyən, duymayan  sənətçi onu necə vəsf edə bilər?! Ona  görə  “Polise.az”  saytının səbrlə  ərsəyə gəlməsinə  zaman-zəmin  yaratdığından mənə çox şirindir. Qoy, yüzlərlə  xəbər portalları sırasında  bir sayt  da, 100 il ərzində  narahat gecələri  və gündüzləri  ilə ictimai təhlükəsizliyi  və ictimai  qaydanı, insanların həyat və sağlamlıqlarını qoruyan, şəxsiyyətin toxunulmazlığını cani-dildən təmin etməyi özünün vəzifə borcu hesab edən həmişəyaşar polislərimizin adı ilə yer alsın. “Karantin Rejimində”  polisin  hamıya  görk olacaq  özünəxas xidmətinin artıq şahidi olduq, vətəndaş məmnunluğu ilə artan nüfuzuna nüfuz qatıldı. Sayt  bir  növ  polis orqanlarına  ictimai  dəstəyin  təmin edilməsi üçün həssas bir körpüdür, iki tərəf  arasında  münasibətləri  tənzimləyən  normativ  bir  media körpüsü… Uğurlu  olsun!

Əziz həmvətənlər! İnanıram ki, təsis etdiyim və  Şef-rRedaktoru  olduğum  “Polise.az”  xəbər saytının canlı  bələdçiləri  kimi  siz ictimai nəzarəti həyata keçirən şəxs-fərd olaraq yersiz, şit, yalan, iftira dolu və həqiqəti əks etdirməyən  məlumatları  yaymağa imkan verməyəcəksiniz. Öncədən  məmnunluğumu ifadə edirəm və sizlərə güvənirəm!

“Polise.az” media xəbər portalına nəzəri-diqqətiniz bu mübarək ayda ibadətə bərabar tutular.  Onu oxuduğunuza  və baxışlarınıza görə, Rəbbimiz zəhmətinizi  bihudə və mənasız etməz!

Qənaətimə görə, vətəninə  və xalqına yalnız hədsiz  məhəbbət və sədaqət nümayiş etdirməklə  qələbə qazanmaq olar. Dünyamız çox  gözəl  və maraqlıdır. Hər  şeyi əldə etmək olar,  hədsiz  dərəcədə   zəngin də olmaq mümkündür. Amma haqq və ədaləti asanlıqla əldə etmək mümkünsüzdür. Bu, İlahi bir hikmətdir. Həqiqəti yaymaqla haqsızlığı dəfn edə bilərik.

Hipotetik düşüncəmə görə cəmiyyətimizdə qarşılıqlı sevgi, hörmət və ehtiram olarsa  ulduzları da hərəkətə gətirə, bir olsaq, gücümüzlə ən uca üfüqdə olan  “ulduzları  da tut kimi yerə səpələyə bilərik”.  Gücümüz  birlikdə olanda ölkədə  prinsipallıqla  davam edən islahatlara, mütəşəkkil   cinayətkarlıqla  mübarizədə, məmur özbaşınalıqlarına  qarşı dövlət   başçısının  sərt mövqeyinə  dəstək  ola, ictimai nəzarəti həyata keçirə və qırmızı zolağı pozanları “Dur”-deyə susdura bilərik.

Buyurun! Xəbərlərləri izləyib rəy və təkliflərinizi bildirin. Öncədən Sizinlə bir yerdə olmaqdan məmnunam. Allah millətimizi qorusun!

İntizarda olduğumuz gün tez gəlsin və Sizləri “Qarabağ azad olundu” xəbəri ilə müjdələyim. Amin!

“Polise.az” la  əməkdaşlığınız  və bizi  izlədiyiniz üçün   hər birinizə  hörmət və ehtiramla

Şəmsəddin MƏNSUROĞLU

Həmçinin oxuyun

“Mənzil oğrusu” olan mətbuat katibi işdən çıxdı – FOTO

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb. Azsiyasət.com xəbər verir ki, …