Şənbə , Avqust 24 2019
Ana səhifə / Media / Hündürmərtəbəli binalarda yaşayanlara – ŞOK XƏBƏR

Hündürmərtəbəli binalarda yaşayanlara – ŞOK XƏBƏR

Alimlər hündürmərtəbəli binalarda, xüsusilə də, göydələnlərdə yaşamağın ölüm riskini artırdığını açıqlayıblar. Onların fikrincə, belələrinə infarkt keçirdiyi təqdirdə müdaxilə etmək mümkün olmur. 
Kanadada aparılan araşdırmadan sonra bu qənaətə gəlinib ki, hündürmərtəbəli binalarda yaşayanların infarkt keçirdikdən sonra həyatda qalmaq şansları yarıbayarı azalır.
“St Michael`s” xəstəxanasının həkimlərinin açıqlamalarına görə, buna səbəb xəstəyə vaxtında müdaxilə edilə bilməməsidir. Həkimlər bildiriblər ki, infarkt keçirən xəstəyə 1 dəqiqə gec müdaxilə edildikdə onun yaşama şansı 10 faiz azalır.
 Statistikalar da həkimlərin sözlərini təsdiqləyib. Belə ki, 5 il ərzində infarkt keçirən 8 min insan arasından 16-cı (və daha yuxarı) mərtəbədə yaşayanlardan yalnız 9 faizi xilas ola bilib.
 25-30 arasındakı mərtəbələrdə oturan 30 ürək xəstəsinin heç biri infarktdan sonra həyatda qala bilməyib.
 Alimlər bildirirlər ki, göydələnlərdə mütləq təcili yardım zamanı istifadə edilə biləcək xüsusi liftlər olmalı və ya hər 5 mərtəbədən bir xəstəyə ilkin müdaxilə edə biləcək tibb bacıları dayanmalıdırlar.(publika.az)

Həmçinin oxuyun

Araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı keçirilib (FOTO)

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz …

Bir cavab yazın