Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Hindistandan gətirilən peyvəndlərin arasında keyfiyyətsizləri də olur – Nazirlik

Hindistandan gətirilən peyvəndlərin arasında keyfiyyətsizləri də olur – Nazirlik

Azərbaycana peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi ölkələrdən gətirilir.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev bildirib ki, ÜST kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir: “Peyvəndlər də digər dərman preparatları kimi dövlət qeydiyyatından keçməlidir. Onlara istifadə üçün 5 illik qeydiyyat vəsiqəsi verilir. Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Bununla yanaşı, onların qablaşdırılma, içlik vərəqəsi olmalıdır”.

P. Hacıbalayev əlavə edib ki, bəzən Hindistandan gətirilən peyvəndlərin pis olduğu deyilir: “Düzdür, aralarında keyfiyyətsizləri də olur. Əslində Hindistanda yaxşı peyvənd istehsalçıları var. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amil mövcuddur. Bu zaman genetik faktorlar da rol oynaya bilər”.

Dərman vasitələrinin qeydiyyatı ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə qeyd edib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə narahat olurlar: “Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnə olduğu üçün əlavə təsirləri yaranır. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın