Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Media / Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşdü

Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb.

Belə ki, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki hesabında bildirib.
“Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər”,- deyə Hikmət Hacıyev bildirib.

Həmçinin oxuyun

AzTV Fazil Mustafaya cavab verdi: Zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxsın

Azərbaycan Televiziyası​ Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib. Məlumatda deyilir: …