Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Heydər Oğuz prokurorluğa cağrıldı: “Dövlət qapısına getməyim şənimə zərər gətirməz”

Heydər Oğuz prokurorluğa cağrıldı: “Dövlət qapısına getməyim şənimə zərər gətirməz”

Bir müddət əvvəl fəaliyyətə başlamış Ovqat.com saytının baş redaktoru Heydər Oğuz prokurorluğa dəvət edilib. Azinforum.az bildirir ki, bu haqda məlumatı baş redaktor öz “Feysbuk” səhifəsində yazıb. Heydər Oğuz prokurorluğa hansı mövzu ilə bağlı  dəvət olunmasının səbəbini bilməsə də, çağrışı normal qarşılayıb.  Azinforum.az tanınmış jurnalistin məsələyə münasibətini təqdim edir:

“Əziz dostlarım, Baş Prokurorluğun məni söhbətə dəvət etməsində qeyri-adi heç nə görmürəm. Dövlət orqanıdır, vətəndaşı çağırıb söhbət edə bilər. Mən də söhbəti xoşlayan adamam. Mənim inancımda namazın belə qəzası var, söhbətin yox. Həmsöhbət olmaq istəyirlərsə, bundan çəkinəcək hər hansı əməl sahibi də deyiləm.
Digər tərəfdən dövlət mənim qapıma gəlincə, mən dövlətin qapısına gedərəm. Mənim dövlət qapısına getməyim şənimə zərər gətirməz. Amma dövlətin mənim qapıma gəlməsini nə ona yaraşdıraram, nə özümə”.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …