Bazar , Noyabr 17 2019
Ana səhifə / Media / Hesablama Palatası Bakı Metropoliteninin rəhbərliyinin törətdiyi cinayəti “ört-bastır” edib?

Hesablama Palatası Bakı Metropoliteninin rəhbərliyinin törətdiyi cinayəti “ört-bastır” edib?

Azərbaycanın Hesablama Palatası auditor yoxlamalarından bəzi çıxarışları dərc etməyə başlayıb. Avqustun 9-u “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı”nın 5.7 bəndinin çərçivəsində “Bakı Metropoliteni” QSC də pozuntular barədə hesabat dərc edilmişdi. Yoxlamalar zamanı vergi qanunvericiliyinin pozuntuları aşkar olunmuşdu. Həmçinin dövlət əmlakının məqsədsiz istifadəsi faktları da üzə çıxmışdı.

Belə ki, metrostansiyaların ərazilərində ticarət fəaliyyəti qanuni olaraq rəsmiləşdirilməmişdi. Orada yalnız ticarət obyektləri yox, həm də yaşayış obyektləri aşkar edilmişdi. Hesablama Palatasının kollegiyası qərar verdi ki, günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini məsləhət görərək, pozuntular haqda materialları yalnız tabe olduğu Milli Məclisə yox, həm də Nazirlər Kabinetinə, eləcə də Vergilər Nazirliyinə və Mülki Məsələlər üzrə Dövlət Komitəsinə də təqdim etsin(contact.az).aslan-ismaylov

“Əgər, metrostansiyaların ərazilərində ticarət fəaliyyəti qanuni olaraq rəsmiləşdirilməmişdisə, bu o deməkdir ki, böyük məbləğlər vergi ödəyiciliyindən gizlədilmişdi və buna görə cinayət məsuluyyəti nəzərdə tutulur”,- tanınmış hüquqşünas Aslan İsmayılov hesab edir. Hüquqşünasın fikrincə, Hesablama Palatası auditin nəticələrini mütləq Baş Prokurorluğa göndərməli idi. Eyni zamanda xatırladaq ki, “Hesablama palatası haqqında” qanunun 2- ci maddəsinə əsasən, bu struktur büdcənin dövlət strukturları tərəfindən düzgün xərclənməsinə nəzarət edir. Bəs niyə Hesablama Palatası 2014 və 2015-ci illərdə büdcə vasitələrinin xərclənməsi barədə keçirdiyi auditlər zamanı metrostansiyaların ərazilərində ticarət fəaliyyətinin qanuni olaraq rəsmiləşdirilməməsini “görmədi”?

Bu sualın cavabını almaq üçün Hesablama palatasının mətbuat xidmətinə müraciət etdik. Lakin, Hesablama palatasının mətbuat katibi Nailə Qazıyeva, bizə yazılı formada ona müraciət etməyi məsləhət görüb, suallarımıza cavab verməkdən imtina etdi.

bez-nazvaniya-28“Bakı metropoliteninin ərazisində ticarət 2014-cü ildə dayandırılmışdı”,-hüquq müdafiəçisi,  D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin  rəhbəri Novella Cəfəroğlu bildirdi. Cəfəroğlunun qeyd etdiyi kimi, Hesablama palatası hər il dövlət strukturlarının auditini keçirir. “Lakin, niyəsə auditlər keçirilərkən bu strukturun rəhbərliyi metrostansiyaların ərazilərində ticarət fəaliyyətinin qanuni olaraq rəsmiləşdirilməməsinivə buna görə böyük məbləğlərin vergi ödəyiciliyindən gizlədilməsini görməyib”,-Novella Cəfəroğlu bildirdi. Hüquq müdafiəçisinin fikrincə Hesablama palatası, audit nəticələrini Nazirlər Kabinetinə və Vergilər Nazirliyinə göndərərək, doğru addım atıb. “Fikrimcə, Hesablama palatası auditin nəticələrini, araşdırma aparılması üçün Baş Prokurorluğa da göndərməli idi. Bakı metropoliteninin rəhbərliyindən başqa, məsuliyyətə Hesab Palatasının rəhbərliyi də cəlb olunmalıdır”,-Novella Cəfəroğlu hesab edir. “Niyə görə?”-jurnalistimiz soruşdu. “Ona görə ki, düz 3 il ərzində qanun pozuntusuna göz yumublar”,-hüquq müdafiəçisi bildirdi.

Kavkaznews.az

Həmçinin oxuyun

Şeyx Əbdül: Televiziyaları bərbad günə qoyanların adları açıqlanmalı və onlar cəzalandırılmalıdırlar

Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar …

Bir cavab yazın