Ana səhifə / Media / “Heç kim taxmayıb, mən də taxmamışam” – VİDEO

“Heç kim taxmayıb, mən də taxmamışam” – VİDEO

Təhlükəsizlik kəmərlərinin dəfələrlə insan həyatını xilas etdiyini görmüşük. Bir çox qəzalarda sırf kəmər taxılı olduğu üçün daha böyük faciənin qarşısı alınıb. ARB TV xəbər verir ki, elə qəzaya düşən sürücülər də bunu etiraf edir. Şəhərdaxili və magistral yollarda nəqliyyat vasitələrini idarə edən bir çox sürücülər yenə də kəmərdən istifadə etmir. Bunu da müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar. Sürücü: “Heç kim taxmayıb, mən də taxmamışam”. Məsələ ilə bağlı Baş DYPB-nin əməkdaşları vaxtaşırı reydlər keçirir. Qaydanı pozan sürücülər 40 manat, sərnişinlər isə 30 manat məbləğində cərimə olunurlar.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın