Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Media / Heç bir nişan yoxdur, amma cərimə yazılır — VİDEO

Heç bir nişan yoxdur, amma cərimə yazılır — VİDEO

Dönməni qadağan edən hər hansısa nişan yoxdur. Amma bu yolda dönən sürücülər cərimələnir. Paytaxtın Qaradağ rayonunda Lökbatan qəsəbəsi 28 may küçəsində son bir aydır ki, 20 dən çox sürücü eyni qayda pozuntusuna görə cərimələnib. Ərazidə heçbir nişan olmadığından sürücülər cərimələrin niyə yazıldığına çaşbaş qalıblar.

Heç bir nişanın olmamasına baxmayaraq bu yoldan dönənlər cərimələnir. Söhbət paytaxtın Qaradağ rayonu Lökbətan qəsbəsi 28 may küçəsindən gedir.

Sürücülərin sözlərinə görə həmin ərazidə heçbir xəbərdarlıq nişanı və qoşa xətt yoxdur. Bu səbəbdən də sakinlər onlara gələn cərimənə əsassız hesab edirlər.

İllərlədi ki,bu yolda heç bir nişan olmadığından yolda gözləməklə sağa və sola dönən sürücülər buna görə heçvaxt yol polisi əməkdaşları tərəfindən cərimələnmədiklərini deyirlər. Onlar hətta yol polisinin gözü önündə də bunu etdiklərini deyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət yol polis idarəsindən bildirdilər ki, sözügedən ünvana baxış keçiriləcək. İdarədən onu da bildirdilər ki,çox güman ki,həmin ərazidə qoşa xcətt silinib. Bununla bağlı Azəravtoyola müraciət ediləcək ki xətlər yenidən çəkilsin.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın