Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Heç bir maşın bura gəlmək istəmir” – VİDEO

“Heç bir maşın bura gəlmək istəmir” – VİDEO

ARB TV xəbər verir ki, Oğuz-Yevlax magistral yolu sonuncu dəfə 1970-ci illərdə təmir olunub. Yol ətrafındakı kəndlərdə yaşayan 7 mindən çox sakin gündəlik işə, məktəbə, rayon mərkəzinə bu dağınıq, çala-çuxurlu yoldan istifadə edərək getmək məcburiyyətində qalırlar. Xüsusilə, yağış yağan zaman yaranan iri gölməçələr və bataqlıqlar buradan avtomobil və piyadaların hərəkətini mümkünsüz edir.

Sakin 40 ildir rol arxasındayam gözümüzü açıb bu yolu belə görmüşük. Birinin xəstəsi olur xəstəxanaya çata bilmir, birinin evi yanır yanğın söndürənlər gəlib çata bilmir.

Sakin – Hansı bir maşınla gəlirsənsə, bura gəlmək istəmirlər. Xaiş edirəm bu yol barədə bizə kömək edəsiniz.

Bu yol avtomobillərin qənimidir desək, yanılmarıq. Hərəkət zamanı saysız-hesabsız çuxura düşən avtomobillər vaxtaşırı ustaya aparılır. Sürücülər artıq usta yanına getməkdən bezdiklərini deyirlər.

Doğrudur, vaxtaşırı bu çuxurlar qum və çınqılla doldurulur. Ancaq bu, problemi birdəfəlik həll etmir. Necə deyərlər, yağış yağan kimi əvvəlki vəziyyət yaranır. 11 saylı Yol İstismar MMC-dən verilən məlumata görə həmin yol  Regionların Sosial iqtisadi proqramına salınıb. Yaxın vaxtlarda yolun yenidən tikintisinə başlanacaq.

Sakinlərə isə qalır bir az da səbr etmək. Çünki, onlar da bir müddət sonra rahat, hamar yollarda işə, məktəbə gedə biləcəklər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın