Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / “Hazırda saytımıza ölkə daxili girişi məhdudlaşdırılıb”

“Hazırda saytımıza ölkə daxili girişi məhdudlaşdırılıb”

Ölkədə daha bir saytın bloklandığına dair məlumat yayılıb. “Gündəm Xəbər” qəzetinin  baş redaktoru  Şirin Cəfərinin sözlərinə görə,  onun rəhbərlik etdiyi qəzetin  elektron versiyası olan  sayta  daxil olmaq mümkün deyil: “Mən bununla bağlı bəzi qurumlarla əlaqə saxladım. Hələlik saytın kimin tərəfindən bloklandığına dair dəqiq  məlumat verilmir. Ancaq bizim ehtimallarımız var ki, bu vəziyyətin yaranması saytda dərc edilən tənqidi materiallarla bağlıdır.  Hazırda saytımıza ölkə daxili girişi məhdudlaşdırılıb. Yaranan problemlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadəyə rəsmi müraciət etmişik. Saytımız bloklansa da qəzetimizin çap versiyası həftənin 1-ci günləri satışda olur. Bizi hələlik qəzetimiz vasitəsi ilə izləyin ki, sifariş verən məmurun kimliyini öyrənə biləsiniz. Artıq məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşırıq. Yəqin ki, Prezident məsələnin mahiyyətinin araşdırılması üçün vəzifə sahiblərinə müvafiq tapşırıqlarını verəcək. Dəyərli oxucular bizi mütəmadi olaraq facebook-da da izləyə bilər”.

Azinforum.az

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …