Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Hazırda Azərbaycanda müşahidə edilən hava dekabr ayı üçün xarakterikdir

Hazırda Azərbaycanda müşahidə edilən hava dekabr ayı üçün xarakterikdir

Hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti dekabr ayı üçün xarakterikdir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda, eləcə də rayonlarda qeydə alınan havanın temperaturu əvvəlki illərdə də müşahidə edilib.
G.Məmmədova bildirib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, qar yağıb. Ötən gecə şaxtalı havanın müşahidə edildiyini deyən G.Məmmədova dekabrın 9-da da gecə şaxtalı havanın müşahidə ediləcəyinin gözlənildiyini söyləyib.
Onun sözlərinə görə, dekabrın 9-da arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.
G.Məmmədova bildirib ki, hazırda rayonlarda da müşahidə edilən havanın temperaturu əvvəlki illərdə də qeydə alınıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın