Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Hava pisləşir: sabah bəzi yerlərdə qar yağacaq

Hava pisləşir: sabah bəzi yerlərdə qar yağacaq

Martın 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarına gəlincə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın