Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Hava kəskin soyuyur – Qar, yağış, dolu… + Xəbərdarlıq

Hava kəskin soyuyur – Qar, yağış, dolu… + Xəbərdarlıq

Oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv, 17-də isə yağışın güclü olacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək, 17-də gecə 8-10, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sabaha olan hava proqnozuna görə isə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın