Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Hava əlverişsiz olacaq – Proqnoz açıqlandı

Hava əlverişsiz olacaq – Proqnoz açıqlandı

Azərbaycanda martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Martın 29-30-da bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın