Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Hansı qəzetlərə nə qədər pul ayrıldı?- SİYAHI

Hansı qəzetlərə nə qədər pul ayrıldı?- SİYAHI

Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini elan edib.

Azinforum.az-ın  KİVDF-nin saytına istinadən məlumatına görə, ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.

KİVDF-nin elan etdiyi budəfəki müsabiqənin nəticələrinə əsasən, bir sıra dəyişiklər baş verib. Belə ki, yanvar ayından həftədə 3 dəfə nəşr olunan “525-ci qəzet” və “Şərq” qəzetləri artıq öz nəşrlərinə gündəlik olaraq davam edəcəklər. KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qezetinə isə maliyyə yardımı tamamilə dayandırılıb. Eyni zamanda Xoşqədəm Hidayətqızının baş redaktoru olduğu “Üç nöqtə” qəzeti müsabiqədən kənarda qalıb. Yunus Oğuzun baş redaktoru olduğu “Olaylar” isə fəaliyyətinə həftəlik qəzet olaraq davam etməli olacaq.

1. “Yeni Azərbaycan” qəzeti ( 20 min manat)

2. “Səs” qəzeti (20 min manat)

3. “Şərq” qəzeti (20 min manat)

4. “525-ci qəzet” (20 min manat)

5. “Yeni Müsavat” qəzeti (20 min manat)

6. “Bakı-Xəbər” qəzeti (20 min manat)

7. “Azernews” qəzeti (10 min manat)

8. “Novoye Vremya” qəzeti (10 min manat)

9. “Xalq Cəbhəsi” qəzeti (10 min manat)

10. “Hürriyyət” qəzeti (10 min manat)

11. “Ədalət” qəzeti (10 min manat)

12. “Azad Azərbaycan” qəzeti (5 min manat)

13. “Türküstan” qəzeti (5 min manat)

14. “Olaylar” qəzeti (5 min manat)

15. “Paralel” qəzeti (5 min manat)

16. “Unikal” qəzeti (5 min manat)

17. “Həftə içi” qəzeti (5 min manat)

18. “Nedelya” qəzeti (5 min manat)

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …