Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Hamı, hər yazan jurnalist ola bilməz – Rauf Zeyni

Hamı, hər yazan jurnalist ola bilməz – Rauf Zeyni

“Media haqqında” Qanun layihəsinin ictimai müzakirəsinin davam etməsi çox müsbət haldır. 
Ekspertlər bu mövzu ilə bağlı müxtəlif təkliflər, iradlar, tövsiyələr bildiriblər. Mənim qənaətimcə, bu qanun medianın inkişafına dəstək olacaq, jurnalistika sahəsində bir sıra problemlərin həllinə səbəb olacaq. Digər tərəfdən cəmiyyətdə gedən proseslərin dinamikasına təsir edəcək. Vaxtılə qəbul edilmiş KİV haqqında qanun cəmiyyətin, medianın indiki inkişaf dinamikasına cavab vermirdi. Bu baxımdan qanunun yenilənməsi zəruri idi. 
“Media haqqında” Qanundan biz nə gözləyirik sualına cavab olaraq onu deyə bilərəm ki, bu qanun öncə medianın iqtisadi problemlərinin həllinin tapılmasında mühüm rol oynayacaq. Çünki iqtisadi faktor çox zəruridir. Digər tərəfdən jurnalistika sahəsində hərc-mərcliyin aradan qaldırılmasına, yəni juurnalist kimdir sualına cavab tapacaq. Hamı, hər yazan jurnalist ola bilməz. Bu baxımdan vətəndaş jurnalistikası məsələsinə bir aydınlıq gətiriləcək. 
Nəhayət yeni media quruluşlarının, saytların, İnternet TV-lərin fəaliyyəti üçün hüququ baza yaranacaq. Digər tərəfdən sosial şəbəkələrdə dərinləşən problemlərin, təhlükəli tendensiyaların aradan qaldırılmasında yeni qanun mühüm bazaya çevrilə bilər. Dünya üçün təhlükəyə çevrilən sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi çətin olsa da, bunun müəyyən bir hüquqi sənədlərdə həlli ilə bağlı addım atılmış olar. Düşünürəm ki, müəyyən dəyişiklikdən sonra Azərbaycan Respublikasının “Media haqqında” qanunu xeyli təkmilləşəcək. Bu da cəmiyyətimiz, müasir və milli mediamız üçün, jurnalistikamız üçün effektli olacaq. 

Rauf Zeyni MQF-nin prezidenti

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …