Şənbə , Yanvar 22 2022
Ana səhifə / Media / “Hamı ANS-in açılmasını istəyir” – Vahid Mustafayev

“Hamı ANS-in açılmasını istəyir” – Vahid Mustafayev

“Bir çoxları ANS-in açılıb açılmayacağı haqda məndən soruşur, hamı ANS-in açılmasını istəyir və səbirsizliklə gözləyir”.

Bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev sosial şəbəkədə yazıb.

O, bildirib: “ Dəfələrlə bu suala cavab vermişik! Bizim Xalqımız çox Güclüdür! Və istədiyinə hər zaman nail olur! Baxın, hamı gözləyirdi ki, torpaqlarımızı işğaldan azad edəcəyik… və etdik!

 ANS-in də taleyi illər boyu Qarabağla bağlı idi və Azadlıq küləyi xəzri təkin bizim də zülfümüzü tumarlayacaq. Lakin bu cavab da kimisə qane etmirsə, Böyük Seva ilə ifa etdiyimiz və taleyimizin nəğmə versiyası hesab etdiyimiz “SMUQLYANKA” mahnısına qulaq assın və zövq alsın.

Bütün əsl ANS-çiləri ürəkdən təbrik edirəm. Sizə uğur arzu edirəm! Titanik gəmisinin sərnişinlərin gözəl sağlamlığı, cibləri dolu, kefi isə kök idi… amma hamısı batdı! Ona görə də mən Sizə yalnız Uğur arzu edirəm, qalan şeyləri ANS təlimlərində öyrənmisiz və istifadə edə bilərsiz!”.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FVahidMustafaYevANS%2Fvideos%2F487480315915919%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Vüqar Səfərlinin cinayətlərində media rəhbərlərinin günahı var – Baş redaktor

“Son dövrlər müəyyən irəliləyişlər olsa da, Azərbaycan mətbuatı hələ öz funksiyasını tam yerinə yetirə bilmir. …