Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadıldı

Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadıldı

“Abzas media” işi çərçivəsində saxlanılan Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadılıb.
Bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qeyd edək ki, “Abzas Media” işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər. Report

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …