Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Hadı Rəcəbli Qarabağ qaziləri ilə görüşəcək

Hadı Rəcəbli Qarabağ qaziləri ilə görüşəcək

Mətbuata əcaib açıqlamalar verən deputat Hadi Rəcəbli son günlər Qarabağ əlilləri, veteranlar və şəhid ailələri ilə bağlı cəmiyyətdə etirazla qarşılanan fikirləri ilə gündəmə “möhür vurub“.

O, son 10-15 gündə mətbuatda bir neçə dəfə çıxış edərək şəhid ailələri və Qarabağ veteranlarının mənafeyinə, dövlətçiliyimizin prinsiplərinə zidd fikirlər söyləyib. Bu da haqlı olaraq cəmiyyətdə etirazla qarşılanıb. Azərbaycan vətəndaşları sosial şəbəkələrdə buna öz hiddətini bildirərək deputatı kəskin tənqid ediblər.

Bununla bağlı Qarabağ Qazilər birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az saytına bildirib ki, o, bir neçə gün əvvəl məclislərin birində təsadüfən Hadı Rəcəbli ilə görüşüb. “Hadi Rəcəbli mənə belə fikirlər səsləndirmədiyini söylədi. O, bildirdi ki, jurnalistlər onun fikrini təhrif edib“.

Rey Kərimoğlunun sözlərinə görə, o, Hadı Rəcəbli ilə son günlər deputatın mətbuatda Qarabağ əlillərinə dərmanların pulsuz verilməsi və digər məsələlərlə bağlı söylədiyi fikirlərlə əlaqədar bir neçə dəfə telefon əlaqəsi saxlayıb. “Bununla bağlı və geniş müzakirə üçün Hadı Rəcəblinin Qarabag Qazilər birliyi, Vətən Müharibəsi birliyi, Qarabağ Əlilləri, Şəhid ailələri və Veteranları İctimai birliyinin rəhbəri ilə yaxın günlərdə görüşü olacaq. O özü bu haqda mənə məlumat verdi“.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın