Cümə axşamı , May 23 2019
Ana səhifə / Media / Hacıbala Abutalıbov yanmış binanın sakinlərini meriyaya yığıb

Hacıbala Abutalıbov yanmış binanın sakinlərini meriyaya yığıb

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binasında icra başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanan binanın sakinlərini qəbul edib.

ANS PRESS-in görüşdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, H.Abutalıbov br daha ölənlərin yaxınlarına başsağlığı verib. Daha sonra onların xatirəsi bir dəqiqəlik sükutla anılıb: “Sizi bura yığmağımızda məqsəd müavinətin tez zamanda verilməsi ilə bağlıdır. Dövlət tərəfindən ayrılan vəsait bankdadır. Artıq bu gün sakinlər pulu ala biləcəklər. Artıq FHN bina haqqında ekspertiza rəyi verib. Binanın təmiri yüksək səviyyədə aparılacaq. Əlimizdən gələni edəcəyik ki, dərdinizin müəyyən qədərini üzərinizdən götürək”.

O deyib ki, həlak olanların hər birinə görə 15, yaralılara 5 min manat verilir. Binanın bütün mənzillərində yaşayanlara isə 20 min manat ödəniləcək.

Qəbulda vətəndaşların müraciətləri və problemləri dinləniləcək, yanğınla bağlı vətəndaşlara verilən kompensasiyaların haradan və necə götürülməsi barədə məlumat veriləcək.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …

Bir cavab yazın