Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Hacıbala Abutalıbov rəisi işdən çıxardı

Hacıbala Abutalıbov rəisi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilib.

Azinforum.az Avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün sərəncam verib.

Həsən Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə yerində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilir.

Qeyd edək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb.

Hətta DYP və “Azəravtoyol” ASC Bakıda onlarla parkomatın yığışdırılmasına və parkinqin ləğv edilməsinə nail olub. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Hacıbala Abutalıbov XTAİ-nin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın