Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Hacı Zeynalabdin Tağıyevin dağılmış evindən reportaj – FOTO

Hacı Zeynalabdin Tağıyevin dağılmış evindən reportaj – FOTO

Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı evi baxımsızlığı ilə diqqət çəkir. Bakının məşhur milyonçularından birinin vaxtilə ömrünü başa vurduğu ev indi uçuq-sökük vəziyyətdədir.
«MƏCBURİYYƏTDƏN YAŞAYIRIQ»
 
Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.
Bağın həyətində gözətçi işləyən Rövşən dayı deyir ki, buralar bütünlükdə Hacının şəxsi mülkü olub: «Əvvəl sanatoriya idi. 17 ildir Laçın rayonundan olan məcburi köçkünlər yaşayır. Bina qəzalı vəziyyətdədir. Hər an uça bilər. Burada yaşamaq sağlamlıq baxımından da təhlükəlidir. Neyləyək, məcburiyyətdən yaşayırıq».
«HƏRDƏN BİNANIN ŞƏKLİNİ ÇƏKİRLƏR»
 
 
Rövşən dayı söyləyir ki, heç kəs bu evlə maraqlanmır: «2 ildən çox olar, dedilər, «sizi köçürəcəyik». Sonra səs-soraq çıxmadı. İndi də «krizisdir». Çətin ki, bizi köçürələr. Elə hərdən jurnalistlər binanın şəklini çəkirlər. Bir dəfə də Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdilər. Dedilər ki, bina onların balansına keçib və muzey olacaq».
Ancaq rəsmi qurumlar «balans» məsələsi ilə bağlı fərqli mövqe bildirdilər. Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna binanın qurumun balansında olmadığını söylədilər.
NAZİRLİK TƏMİR İŞLƏRİ APARACAQ?
 
Azərbaycan Milli Elmlər Akademiyasından isə bildirilir ki, həmin bina mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır: «Hazırda oranın bərpaya ehtiyacı var. Pis vəziyyətdədir. Yəqin ki, Nazirlik təmir-bərpa işlərini aparacaq».
Məcburi köçkünlərin nə vaxt köçürüləcəyi ilə bağlı isə «Qaçkınkom»dan münasibət öyrənmək mümkün olmadı bilmədik.
H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. 2-ci Dünya Müharibəsi illərində bu evdə təxliyə hospitalı yerləşib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın