Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Habil Vəliyev ifadə verdi: “DTX çox yaxşı çalışır, nə olsun ki, məni həbs ediblər”

Habil Vəliyev ifadə verdi: “DTX çox yaxşı çalışır, nə olsun ki, məni həbs ediblər”

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən  “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.

Məhkəmədə şahid qismində Rabil Hüseynov dindirilib.

O bildirib ki, Habil Vəliyevlə tanışlığı olub:

“Salam-sağolumuz olub. Bir dəfə Şirvanda olanda Rafiq zəng elədi ki, Habil gələcək, ona pul vermək lazımdır. 780 manat verdilər, Habilə çatdırdım. Daha sonra Rasimin pulunu da götürüb Habilə aparmışam”.

Məhkəmədə elan edilib ki, zərərçəkənlərin və şahidlərin hamısı dindirilib.

Məhkəmə H.Vəliyevə ifadə verməyi təklif edib.

O ifadəsində verilən ittihamları qəbul etmədiyini söyləyib.

“Məni tutanlar da iqtidardı, siz də iqtidarsız, mən də iqtidaram. Mən buna təəssüf edirəm. İş belə oldu. Eybi yox, lakin mən ömrümü bu hakimiyyətin yoluna qoymuşam. Biz iqtidarın siyasi kursunu həmişə dəstəkləmişik. İndi də dəstəkləyirik.

İsitintaq dövründə, məhkəmə də gördük ki, yazılanların hamısı cəfəngiyyatdır. Heç bir ittiham sübuta yetirilmədi. Ramiz Cəbrayılov mənə şər-böhtan atdı. Onun şiakyəti əsasında mənə ittiham verilib. Digər ittihamlar isə əxlaqsızlıq yuvaları ilə bağlıdır. Hamı bilir ki, mən bununla bağlı mübarizə aparmışam. Qəzetimdə həmişə onları ifşa eləmişəm. Müəyyən qurumlara bununla bağlı rəsmi müraciətlər etmişəm. Bunların bağlanması ilə bağlı müəyyən dairələrə sözümü çatdırmışam”.

Habil Vəliyev heç bir epizodu qəbul etmədiyi deyib. O, cinayətkar olmadığını söyləyib.

“Seçki Komisiyyasının üzvü olmuşam. İki deputat, prezident, bələdiyyə seçkiləri keçirmişəm. YAP təşkilat şöbəsində iştirak etmişəm. Özümü bu ölkədə iqtidar saymışam. Rüşvət almamışam. İttihamların heç birinin mənə adiyyatı yoxdur.

Baş redaktor vəkillərin suallarına cavab verərkən bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti çox yaxşı çalışır: “Nə olsun ki, məni həbs ediblər. Lakin çox peşəkardırlar. Mən fəxr edirəm. Onları yox, şikayət verənləri qınamaq lazımdır”.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Azinforum.az

 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …